"Qalatasaray" "Barselona"nın qapıçısı İnaki Penanı transfer etmək istəsə də, bu, baş tutmayacaq.

Rekord.az xəbər verir ki, buna səbəb Kataloniya klubunun sözügedən qapıçı ilə yeni müqavilə bağlamasıdır.

Məhz bundan sonra İstanbul klubu başqa qapıçı axtarışına çıxıb. 

Qeyd edək ki, Pena icarə əsasında "Qalatasaray"da forma geyinib.