Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, aprelin 19-dan 21-dək qadın güləşçilər qitə birinciliyində mübarizə aparacaq.

Bu gün püşkatma mərasimi keçirilib.

Sabah 50, 55, 59, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə start verəcək.

50 kq
Təsnifat mərhələsi
Mariya Stadnik – Evin Demirhan (Türkiyə)

53 kq
Təsnifat mərhələsi
Türkan Nəsirova – Mariya Spirkovska (Şimali Makedoniya)

55 kq
Təsnifat mərhələsi
Elnurə Məmmədova – Laura Stanelite (Litva)

57 kq
1/4 final
Jalə Əliyeva – Anna Şel (Macarıstan) / Elena Brügger (Almaniya)

59 kq
1/4 final
Alyona Kolesnik – Yovana Radivoyeviç (Serbiya) / Morena de Vita (İtaliya)

62 kq
Təsnifat mərhələsi
Birgül Soltanova – Viktoriya Vesso (Estoniya)

65 kq
1/4 final
Elis Manolova – İrina Rinqaci (Rumıniya) / Kendra Daçer (Fransa)

72 kq
Təsnifat mərhələsi
Nigar Mirzəzadə - Lyudmila Tiçina (Ukrayna)