
Pulsuzluq "Zaqatala"nın Bakıya gəlməsinə imkan vermir
- 08 Yan 2023 13:00
- 522
I Divizion təmsilçisi "Zaqatala" ikinci dövrənin hazırlıqlarına başlasa da, maliyyə sıxıntısı ciddi problemlər yaradır.
Rekord.az xəbər verir ki, komanda kənardan heyətə futbolçu cəlb edə bilmir.
Bundan başqa, əldə etdiyimiz məlumata görə, komanda yoxlama görüşləri keçirmək üçün Bakıya gəlmək istədə də, əlavə maliyyə tapılmadığı üçün bu da mümkün olmur. Buna görə də bölgə təmsilçisi yoxlama görüşü keçirmək istədiyi komandaları Zaqatalaya dəvət edir.