Fransanın PSJ klubu FIFA Qitələrarası kubokunun sahibi olub.


Rekord.az xəbər verir ki, Paris təmsilçisi Qətərdə baş tutan həlledici görüşdə Braziliyanın "Flamenqo" kollektivini üstələyib.


Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşdığından qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac duyulub.


Burada daha dəqiq oynayan (2:1) Luis Enrikenin baş məşqçisi olduğu kollektiv Qitələrarası Kuboka sahib çıxıb.


PSJ tarixində ilk dəfə Qitələrarası kuboka sahib çıxıb.