PSJ qışda transfer etməyəcək
- 03 Yan 2026 17:00
- 44
PSJ qış transfer pəncərəsi üçün planlarını açıqlayıb.
Rekord.az xəbər verir ki, Paris təmsilçisi hazırkı heyətindən razıdır və yanvarda böyük transferlər gözlənilmir.
Buna baxmayaraq, klub “Benfika”dan iki 17 yaşlı oyunçuya – hücumçu Anisiu Kabrala və yarımmüdafiəçi Rafael Quintasa diqqət yetirir. Hər iki futbolçunun yayda PSJ-yə keçməsi ehtimalı var. Ancaq parislilər bu transferlər uğrunda “Mançester Yunayted” və “Mançester Siti” ilə rəqabət aparmalı olacaqlar.
PSJ cari mövsümün 16 turundan sonra Fransa çempionatında 36 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb və lider “Lans”dan 1 xal geri qalır.