
PSJ-nin qapıçısı atdan yıxıldı, vəziyyəti ağırdır
- 28 May 2023 18:44
- 372
PSJ-nin qapıçısı Serxio Riko atdan yıxılıb.
Rekord.az xəbər verir ki, ispaniyalı qolkiper ölkəsində olarkən bu hadisə ilə üzləşib.
Başından zədələnən Riko dərhal helikopterlə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan qapıçının durumunun ağır olduğu bildirilir.
PSJ Serxio Rikonu 2019-cu ilin yayında "Sevilya"dan transfer edib.