PSJ-nin futbolçusu Fransada ilin ən yaxşı idmançısı seçildi
- 26 Dek 2025 17:15
- 122
Nüfuzlu "Ekip" nəşri Fransada 2025-ci ilin ən yaxşı idmançısının adını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu ada PSJ klubunun futbolçusu Usman Dembele layiq görülüb.
O, 803 xalla birinci olub. Üzgüçü Leon Marşan 661 xalla ikinci yeri tutub. İlk "üçlüy"ü 380 xalla yelkənli qayıq idman növündən Çarli Dalin tamamlayıb.