
PSJ-də daha bir itki – “Real”la oyunu buraxa bilər
- 09 Fev 2022 15:29
- 459
Fransanın PSJ klubu daha bir ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, Paris təmsilçisinin yarımmüdafiəçisi Leandro Paredes sıradan çıxıb. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Argentinalı yarımmüdafiəçi Fransa Liqa 1-də “Renn”lə matçı (11 fevral) buraxacaq. Paredesin Çempionlar Liqasında “Real”a qarşı keçiriləcək ilk oyunda iştirakı sual altındadır.
Xatırladaq ki, PSJ-də daha öncə Neymarın zədə səbəbindən “Real”la oyunda iştirak etməyəcəyi açıqlanıb.