PSJ-nin hücumçusu Kilian Mbappe klubu ilə 2022-ci ilin iyununda başa çatacaq müqaviləni uzatmağa tələsmək niyyətində deyil.

Rekord.az "AS"a istinadən  xəbər verir ki, fransalı oyunçu "Barselona" ilə qarşılaşacaqları Çempionlar Liqası 1/8 final matçının nəticəsini gözləməyi planlaşdırır.

Bildirilib ki, Kataloniya klubuna məğlub olunacağı təqdirdə, Kilian PSJ-dən ayrılmağı daha ciddi düşünməyə başlayacaq. Mbappe karyerasını davam etdirmək üçün prioritet variant, bir neçə ildir onunla maraqlanan "Real"a keçməyi görür. O, Madrid klubunun çalışdırıcısı Zinəddin Zidanla işləmək istəyir və əsas məqsədi Çempionlar Liqasını qazanmaqdır.

Xatırladaq ki, Mbappe 2017-ci ilin yayından PSJ-də oynayır.