Prosineçki "Sumqayıt"dan təklif alıb?
- 15:00
- 39
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki yayda Azərbaycandan təklif alıb.
Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Təklif milli yox, klub səviyyəsində olub. Xorvatlar konkret ad çəkilməsə də, əldə etdiyimiz məlumata görə, 56 yaşlı mütəxəssislə "Sumqayıt" danışıq aparıb. Vaqif Cavadovla vidalaşandan sonra əcnəbi məşqçi axtarışına çıxan sumqayıtlıların ilk namizədinin məhz Prosineçki olduğu deyilir. Lakin xorvatiyalı milli komandada səviyyəsində işləmək istədiyini deyib və danışıqlar alınmayıb. Bundan sonra isə Saşa İliç variantı ortaya çıxıb və sumqayıtlılar serbiyalı ilə anlaşıb.