
Prinsdən 17 ilin antirekordu
- 19:40
- 37
Misli Premyer Liqasının 6-cı turu Prins Ovusunun erkən qırmızı vərəqəsi ilə əlamətdar olub.
Rekord.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu “Qarabağ”la səfər oyununun 1-ci dəqiqəsində komandasını azlıqda qoyub.
Bununla da Prins Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövr üçün antirekorda imza atıb. 2008-ci ilin yayından indiyədək heç bir futbolçu belə erkən qırmızı vərəqə almamışdı.
Bunadək 17 ilin antirekordu Dedimar Fereyraya məxsus idi. “Kəpəz”in futbolçusu 2017/18 mövsümündə “fərqlənmişdi”. O, 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci dəqiqəsində komandasını azlıqda qoyub.
“Zirə”nin futbolçusu Milan Duriç 2017/18, “Turan Tovuz”un oyunçusu Faiq Hacıyev 2023/24 mövsümündə 9-cu dəqiqədə qırmızı vərəqə alıb. Hər iki oyunçu “Kəpəz”ə qarşı matçda cəzalanıb.
“Qəbələ” səfər matçında “Qarabağ”a 0:2 hesabı ilə uduzub.