Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın 67 çempionatında cari mövsümdə meydana çıxan komandaların orta yaş həddini müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, qurum, Azərbaycan Premyer Liqasında da ilk 6 tura əsasən komandaların orta yaş həddini açıqlayıb.

Premyer Liqada mübarizə aparan komandalardan ən gənci “Sumqayıt”dır. “Kimyaçılar”da bu mövsüm meydana çıxan komandanın ümumi yaş ortalaması 25,6-dır. “Zirə” 25,9-la 2-ci “Qəbələ” 26,3-lə 3-cü “Səbail” (26,3), “Neftçi” 26,4-lə 4-cü, “Qarabağ” 27 ilə 5-ci, “Keşlə” 27,5-lə 6-cıdır. Premyer Liqanın ən yaşlı komanası isə 27,6 yaş ortalaması ilə “Sabah”dır.

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Səbail” – “Qarabağ” görüşü təxirə salındığı üçün hər iki komandanın statistikası 5 oyuna əsasən hesablanıb.

TOP-5 liqalarda ən yaxşı göstərici İtaliyanın “Milan” klubuna məxsusdur. “Qırmızı-qaralar”ın ortalama yaş həddi 24,5-dir.

Dünyanın ən gənc kollektivi isə 20,7 yaş ortalaması ilə Latviyanın “Metta” klubudur.