
Premyer Liqada yeni mövsümün başlayacağı tarix açıqlandı
- 08 İyn 2023 13:45
- 611
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsüm avqustun 4-də başlanacaq.
Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.
Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.