Fevralın 23-dən başlayaraq ölkədə qeyri-sabit hava şəraiti hökm sürür. Paytaxt Bakıda uzun illər sonra yağan güclü qar müəyyən çətinliklər yaradıb, nəqliyyatın hərəkətini iflic edib.

Rekord.az xbər verir ki,  Azərbaycan  Premyer Liqasında 17-cı turunun bütün oyunları sabah (25 fevral) keçirilməlidir. 3 görüş Bakıda olduğundan oyunların təxirə salına biləcəyi fikri də yaranır.

Bununla bağlı Peşəkar Futbol Liqasının Mətbuat və  İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev qol.az saytına açıqlamasında hazırda bu haqda bir fikr irəli sürülməyib.

"İndidən nəsə deyə bilmərik. Qar davam edərsə, oyun günü qərar veriləcək".

Qeyd edək ki, Bakıdakı matçlarda Masazırda "Sabah" "Keşlə"ni, Suraxanıda "Qarabağ" "Səbail"i, Zirədə isə eyni adlı klubla "Neftçi", Qəbələdə isə yerli komanda "Sumqayıt"la qarşılaşmalıdır.