Premyer Liqada MY-dən çox qol epizodu yaradan yoxdur
- 26 Dek 2025 02:17
- 136
"Mançester Yunayted" 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında yaradılan qol epizodlarının sayına görə liderdir.
Rekord.az xəbər verir ki, bu barədə "WhoScored" nəşri məlumat yayıb.
Statistikaya əsasən, komanda rəqib qapısı qarşısında 207 qol şansı yaradıb. Bu göstəricidə ikinci yerdə 204 epizodla "Liverpul" qərarlaşıb. İlk "üçlüy"ü 186 şansla "Mançester Siti" tamamlayıb. Sonrakı yerləri isə "Çelsi" (181) və "Arsenal" (171) tutur.
Xatırladaq ki, "Mançester Yunayted" Premyer Liqanın turnir cədvəlində 17 turdan sonra 26 xalla 7-ci pillədədir. "Liverpul" 29 xalla 5-ci, eyni xala malik "Çelsi" isə əlavə göstəricilərə görə 4-cü yerdədir. Lider "Arsenal"dan cəmi 2 xal geri qalan "Mançester Siti" isə 37 xalla 2-ci pillədə qərarlaşıb.