
Premyer Liqada 50-ci qol
- 14:00
- 37
Misli Premyer Liqasının VIII turu Abdullah Zubir üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, “Qarabağ”ın fransalı legioneri Premyer Liqada 50-ci qolunu vurub. O, “Turan Tovuz”la səfər oyununda (2:1) fərqlənib.
Zubir çempionatdakı 193-cü matçında 50-yə çatıb. Bütün qollarını Ağdam klubunda vuran yarımmüdafiəçi ölkə çempionatının yüksək dəstəsində 50 və daha çox qol vuran 42-ci futbolçu olub.
1 | Nazim Əliyev | 183 |
2 | Müşfiq Hüseynov | 125 |
3 | Rövşən Əhmədov | 116 |
4-5 | Qurban Qurbanov | 115 |
Samir Ələkbərov | 115 | |
6 | Alay Bəhramov | 108 |
7 | Nadir Nəbiyev | 103 |
8-9 | Xaqani Məmmədov | 102 |
Vadim Vasilyev | 102 | |
10 | Kənan Kərimov | 101 |
11 | Musa Qurbanov | 94 |
12 | Fazil Pərvərov | 89 |
13 | Samir Musayev | 88 |
14-15 | Fərrux İsmayılov | 85 |
İmamyar Süleymanov | 85 | |
16 | Samir Əliyev | 84 |
17 | İsmayıl Məmmədov | 76 |
18 | İlham Məmmədov | 74 |
19 | Azər İsayev | 73 |
20 | Paşa Əliyev | 72 |
21 | Badri Kvaratsxeliya | 71 |
22 | Zaur Ramazanov | 70 |
23 | Filip Ozobiç | 67 |
24 | Yunis Hüseynov | 66 |
25-26 | Vidadi Rzayev | 65 |
Mahir Əliyev | 65 | |
27 | Rauf Əliyev | 63 |
28-30 | Mahmud Qurbanov | 61 |
Ramiz Məmmədov | 61 | |
Georgi Adamiya | 61 | |
31 | Mahir Emreli | 59 |
32 | Rəşad Abdullayev | 58 |
33 | Davit Volkov | 56 |
34 | Vaqif Cavadov | 53 |
35 | Amil Yunanov | 52 |
36-37 | Riçard Almeyda | 51 |
Həsən Abdullayev | 51 | |
38-42 | Viktor İqbekoyi | 50 |
Vüqar Qəmbərov | 50 | |
Mehman Baxışov | 50 | |
Yalçın Bağırov | 50 | |
Abdullah Zubir | 50 |
Zubir həm də “Qarabağ”ın heyətində ümumilikdə 72-ci qolunu vurub. Bütün turnirlərdə 325 matça çıxan fransalı klub tarixinin bombardirləri siyahısında 2-ci yerə yüksəlib. O, 71 qol vuran Mahir Emrelini arxada qoyub. Zubir yalnız 159 qolun müəllifi olan Müşfiq Hüseynovdan geri qalıb.