Premyer Liqada 2026-cı ilin ilk oyunlarının başlama vaxtları açıqlandı
- 17:40
- 29
Misli Premyer Liqasında 2026-cı ilin ilk oyunlarının başlama vaxtları açıqlanıb.
Rekord.az xəbər verir ki, 17-ci turun matçları yanvarın 23-də start götürəcək və 2 gün davam edəcək.
Açılış qarşılaşması Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmiş"li və "Araz-Naxçıvan" komandaları arasında olacaq.
23 yanvar
14:30. "İmişli" – "Araz-Naxçıvan"
Quba Olimpiya İdman Kompleksinin stadionu.
19:00. "Neftçi" – "Zirə"
"Palms Sports Arena".
24 yanvar
14:00. "Şamaxı" – "Qəbələ"
Şamaxı şəhər stadionu.
"Qarabağ" – "Kəpəz"
"Azersun Arena", 16:30.
25 yanvar
16:00 ."Turan Tovuz" – "Sumqayıt"
Tovuz şəhər stadionu.
18:30."Sabah" – "Karvan-Yevlax"
"Bank Respublika Arena".