İngiltərədə azarkeşlərin səsverməsinə əsasən Premyer Liqada 2025-ci ilin rəmzi komandası açıqlanıb.


Rekord.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.


"İlin komandası"nda ən çox "Arsenal"ın futbolçuları yer alıblar. Premyer Liqanın 2024/2025 mövsümünün qalibi "Liverpul"dan heç kim siyahıya düşməyib.


Qapıçı: David Raya ("Arsenal");


Müdafiəçilər: Yurrien Timber, Qabriel Maqalyayns (hər ikisi "Arsenal"), Mark Qehi, Daniel Munyos (hər ikisi "Kristal Pelas"), Ris Ceyms ("Çelsi");


Yarımmüdafiəçilər: Morqan Rocers ("Aston Villa"), Deklan Rays ("Arsenal"), Bruno Fernandes ("Mançester Yunayted");


Hücumçular: Erlinq Haland ("Mançester Siti"), Antuan Semenyo ("Bornmut").