İngiltərənin "Vest Hem" klubunun hücumçusu Luis Gilyerme "Sportinq"ə (Portuqaliya) transfer olunub.


Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.


19 yaşlı braziliyalı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. O, yeni klubunda "31" nömrəli forma ilə çıxış edəcək.


Qeyd edək ki, Luis Gilyerme 2024-cü ildən formasını geyindiyi Premyer Liqa təmsilçisinin heyətində 18 oyun keçirib.