İngiltərənin “Brentford” klubu baş məşqçisi Tomas Frankla yeni müqavilə bağlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Danimarkalı məşqçi 2018-ci ildən “Brentford”a rəhbərlik edir. Bu komandanı 2020/21 mövsümündə Premyer Liqaya 49 yaşlı mütəxəssis çıxarıb.

“Brentford” bu mövsüm Premyer Liqada 15 oyuna topladığı 19 xalla 10-cu pillədədir.