
Premyer Liqa klubu baş məşqçisini qovdu
- 14:40
- 36
“Vest Hem” baş məşqçisi, ingilis mütəxəssis Qrem Potteri istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə “çəkicdöyənlər”in rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, “Vest Hem” Premyer Liqanın cari mövsümündə keçirdiyi 5 oyunda cəmi 1 qələbə qazanıb, 4 məğlubiyyətə üzülüb. Komanda 3 xalla 19-cu pillədə qərarlaşıb.
Klub rəhbərliyi baş məşqçi postuna əsas namizəd olaraq, hazırda “Börnli”nin sükanı arxasında olan ingilis müəxəssis Skott Parkeri baxışdan keçirir.