Azərbaycan Premyer Liqasında iştirak edən klubların 2024-cü ildə əldə etdiyi gəlirlər müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın klubların lisenziyalaşdırılması üzrə hesabatında qeyd olunub.


2024-cü ildə ən çox gəlir əldə edən klub "Qarabağ"dır. Ağdam təmsilçisi büdcəsinə 34 milyon 753 min 800 manat əlavə edib.


Ən çox qazanc əldə edən ikinci klub "Neftçi" olub - 28 milyon 617 min 506 manat. "Sabah" 26 milyon 953 min 800 manat gəlirlə üçüncüdür.


2024-cü ildə digər klubların gəlirləri aşağıdakı kimi olub:


"Zirə" - 10 milyon 968 min 897 manat


"Sumqayıt" - 9 milyon 178 min, 60 manat


"Səbail" - 7 milyon 799 min 500 manat


"Araz-Naxçıvan" - 6 milyon 208 min 100 manat


"Turan Tovuz" - 6 milyon 145 min 200 manat


"Kəpəz" - 3 milyon 711 min 300 manat


"Şamaxı" - 3 milyon 51 min 300 manat


Qeyd olunan məbləğlər reklam və sponsorlardan daxilolmalar, UEFA-dan daxilolmalar, Futbolun İnkişafı Fondundan daxilolmalar, Kommersiya və digər əməliyyat gəlirləri, bilet satışından daxilolmalar hesabına formalaşıb.