Futbol üzrə dünya çempionatında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.


Rekord.az xəbər verir ki, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.


Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geridönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qonsalu Ramuş (90+4) fərqləniblər.


Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.