Roberto Martines Portuqaliya millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası açıqlama yayıb.

Qurumun rəsmi saytı 50 yaşlı ispaniyalı mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə imzalandığını açıqlayıb.

Xatırladaq ki, Roberto Martines 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatından sonra Belçika yığmasının baş məşqçisi postundan ayrılmışdı.