Portuqaliya millisində baş məşqçi ilə yollar ayrıldı
- 16 Dek 2022 12:30
- 419
Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Fernando Santos istefaya göndərilib.
Rekord.az xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Santos 2014-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. Komanda bu mütəxəssisin rəhbərliyi altında AÇ-2016-nın və 2019-cu ildə Millətlər Liqasının qalibi olub. Hazırda Qətərdə keçirilən DÇ-2022-də isə portuqaliyalılar 1/4 finalda Mərakeş millisinə uduzaraq mübarizəni dayandırıblar. Santos bu komandanı meydana çıxardığı 109 oyunda 67 qələbə sevinci yaşayıb, 23 heç-heçəyə nail olub, 19 görüşdə isə məğlubiyyətə üzülüb.