
Portuqaliya futbolunun əfsanəsi "Qarabağ" haqda nə dedi?
- 23 Noy 2022 13:00
- 439
Portuqaliya millisinin veteran forvardı Nuno Qomeş Türkiyə mətbuatına danışıb.
Rekord.az xəbər verir ki, "TRT Spor"a danışan portuqaliyalı "Qarabağ" haqda fikirlərini bölüşüb:
"Qarabağ" çox yaxşı irəliləyir. Onlar turnir cədvəlində birinci idilər və Avropa Liqasında (Konfrans Liqasında –red) “Gent”lə qarşılaşacaqlar.
Bu klubun prezidenti çox sərmayə qoyur və gec-tez böyük mükafat qazanacaqlar. "Qarabağ"a Portuqaliyadan bir neçə futbolçu yollanıb.
Orada braziliyalılar və bir qanalı futbolçu da var. Bu klubda hər şey yaxşıdır və əminəm ki, çox uğurlu olacaqlar".