
Poçettino yenidən "Tottenhem"ə qayıdır?
- 28 May 2021 15:21
- 586
PSJ-nin çalışdırıcısı Maurisio Poçettino sabiq klubu “Tottenhem”ə baş məşqçilik edə bilər.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin rəhbərliyi 49 yaşlı mütəxəssislə danışıqlar aparır. Klub Poçettinonu geri qaytarmaq istəyir. Argentinalı çalışdırıcının özü də yenidən “Tottenhem”də işləməyə müsbət yanaşır.
PSJ isə 1 il ərzində 2-ci dəfə baş məşqçi dəyişmək niyyətində deyil. Ona görə də Paris klubu bu vəzifəyə qışda gətirdiyi Poçettino ilə yolları aırmağı düşünmür. Komanda mütəxəssisin rəhbərliyi altında bu mövsüm Fransa kubokunu və Superkubokunu qazanıb. Lakin PSJ Liqa 1-də “Lill”dən geri qalıb və 2-ci olub.
“Tottenhem” isə ötən ay Joze Mourinyonu istefaya göndərəndən sonra müvvəqqəti olaraq baş məşqçi vəzifəsinə 29 yaşlı Rayan Maysonu gətirib.
Qeyd edək ki, Poçettino 2014-2019-cu illərdə “Tottenhem”ə baş məşqçilik edib.