“Barselona”nın futbolçusu Jerar Pike La Liqada “Atletiko”ya qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, ispan müdafiəçi 4:2 hesabıyla qələbə qazandıqları matçla bağlı bunları deyib:

“Rəqibi nəzərə alsaq, qələbədən daha çox şey qazandıq. Yaxşı oynadıq. Dani Alveşin meydandan qovulmasından sonra işimiz çətinləşdi.

Getdikcə daha yaxşı oluruq. Bu inkişafı davam etdirməliyik. Daha çox çalışmalıyıq. Qarşıda bizi “Espanyol”la Kataloniya derbisi gözləyir”.