
PFL sabah iki oyunu canlı yayımlayacaq
- 10 Dek 2022 20:17
- 488
Sabah I Divizion çərçivəsində oynanılacaq 14-cü turun iki oyunu Peşəkar Futbol Liqası (PFL) tərəfindən yayımlanacaq.
Rekord.az xəbər verir ki, PFL-dən verilən məlumatga görə, futbolsevərlər "Qəbələ-2" - "Zaqatala" və MOİK - "Səbail-2" matçını sözügedən qurumun rəsmi "yutub" kanalından canlı izləyə biləcək.
Qeyd edək ki, MOİK - "Səbail-2" matçı saat 13:30-da, "Qəbələ-2" - "Zaqatala" matçı isə saat 14:00-da start götürəcək.