
PFL-in prezidenti "Rekord.az"-ı təbrik etdi!
- 14 Dek 2022 16:01
- 647
Bu gün "Rekord.az" saytının 12 yaşı tamam olur. 2010-cu il dekabr ayının 14-də fəaliyyətə başlayan saytımız növbəti ad gününü qeyd edir.
Bizi təbrik edənlər arasında qurumlar və rəhbərləri də var. Onların arasında Peşəkar Futbol Liqası xüsusilə fərqlənib. Qurumun prezidenti Elxan Səmədov rəsmi məktubla saytımızı təbrik edib.
Baş redaktor Kənan Məstəliyevin adına göndərilən məktubda deyilir:
"Hörmətli, Kənan bəy!
Sizi "Rekord.az" saytının yaranma günü münasibətilə təbrik edirəm. İdman mediasında öz dəst-xətti olan daim oxucuları eksklüziv reportaj və yazılarla sevindirib. Bundan əlavə, operativ şəkildə işləməklə oxucuların ən çox izlədiyi saytlardan birinə çevrilmisiniz 12 illik fəaliyyətiniz dövründə tək ölkə idmanı yox, həm də dünya idmanından ən vacib və maraqlı xəbərləri sürətli və dəqiq şəkildə dərc etmisiniz. Ən əsası, hər zaman qərəzsiz mövqedə olmusunuz.
Sizi Peşəkar Futbol Liqası adından təbrik edir və bundan sonrakı fəaliyyətinizdə uğurlar arzu edirik. 12 yaşınız mübarək!
Hörmətlə, PFL prezidenti Elxan Səmədov".
Biz də "Rekord.az" saytı olaraq PFL-ə və onun prezidenti Elxan Səmədova bu yüksək diqqətinə görə təşəkkür edir, bundan sonrakı fəaliyyətlərində də həmişə olduğu kimi uğurlu olmalarını arzulayırıq.