Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası (PFL) da yanvar ayında Türkiyənin Antalya şəhərinə nümayəndə heyəti göndərəcək.

Rekord.az xəbər verir ki, həmin heyət klublarımızın keçirəcəyi yoxlama görüşlərində olacaq, onların canlı yayımını təşkil edəcək.

Bəs həmin oyunları kimlər şərh edəcək, bunun üçün xüsusi şərhşilər nəzərdə tutulubmu? Çünki daxili oyunlarda PFL telekanallarda çalışan şərhçilərlə işbirliyindən istifadı edir. Sualımızı sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev cavablandırdı: "Daxili oyunlarda belə praktikamız olub. Ancaq sırf oyunların şərhi üçün Antalyaya xüsusi şərhçi aparılmayacaq. Çünki PFL özü belə, Türkiyəyə məhdud heyətlə yollanacaq. Ancaq bir yolunu tapacayıq. Ola bilsin həmin ərəfədə Antalyada olan hansısa həmkarımıza müraciət olunsun. Alınmasa belə, oyunları özüm şərh edəcəm".