PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başladı
- 23 Dek 2022 13:45
- 462
Peşəkar Futbol Liqası (PFL) ilə beynəlxalq internet yayım şirkəti “Insports.tv” arasında danışıqlara start verilib.
Rekord.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən test məqsədiylə Azərbaycan Premyer Liqasında XVIII turun bütün oyunlarının internet üzərindən yayımı yalnız “insports.tv” saytı və tətbiqində mümkün olacaq.
Qeyd edək ki, daha əvvəl çempionat matçları PFL-in rəsmi “Youtube” kanalında göstərilib.