
Peres onun səs yazılarını yayan nəşri məhkəməyə verəcək
- 15 İyl 2021 14:48
- 737
"Real"ın prezidenti Florentino Peres "El Confidencial" nəşrini məhkəməyə verəcək.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Peresin belə bir addım atmasına səbəb isə sözügedən nəşrin onun Joze Mourinyo, Kriştiano Ronaldo, İker Kasilyas, Raul və başqa futbol adamlarını təhqir etdiyinə dair səs yazılarını yaymasıdır. Peres özünün ləyaqətinə xələl gətirdiyini düşündüyü "El Confidencial"ı və jurnalist Joze Abellanı məhkəməyə vermək qərarına gəlib.
Qeyd edək ki, Peres 2006-cı ilin sentyabrında keçirilən iclasda Kasilyas və Raulu fırıldaqçı, Mourinyo və Ronaldonu isə anormal adlandırıb.