“Roma”nın yarımmüdafiəçisi Lorenso Pelleqrini koronavirusdan sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat paylaşıb.

Sonuncu testi neqativ çıxan yarımmüdafiəçi sıraya dönməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, “Roma”da koronavirus aşkarlanan Federiko Fasio, Davide Santon, Maraş Kumbulla və Edin Dzeko hələ də karantindədir.

Bu arada A Seriyasının digər təmsilçisi “Benevento” da yarımmüdafiəçisi Brayan Dabonun koronavirusa yoluxduğunu açıqlayıb. O, Burkina-Faso yığmasının düşərgəsindən qayıtdıqdan sonra testdən keçib və infeksiyaya yoluxduğu müəyyənləşib. Klubdan verilən məlumata görə, futbolçu hazırda karantindədir.