
Pelenin səhhəti yenidən pisləşib
- 22 Dek 2022 14:21
- 379
Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pelenin səhhətinin vəziyyəti pisləşib.
Rekord.az xəbər verir ki, bu barədə keçmiş futbolçunun hazırda müalicə aldığı xəstəxananın həkimləri məlumat veriblər.
Sözügedən klinikanın açıqlamasında bildirilir ki, noyabrın 29-da düz bağırsağın xərçəngi, tənəffüs yolu infeksiyasının müalicəsi üçün kimyaterapiya kursunu tənzimləmək üçün xəstəxanaya yerləşdirilən Pelenin müalicəsində mənfi tendensiya müşahidə olunur. Buna görə də böyrək və ürək disfunksiyası səbəbindən daha intensiv müalicə tələb olunur.