Paytaxt klubunda ciddi itki
- 10 Yan 2026 13:30
- 46
“Roma”nın hücumçusu Artem Dovbik İtaliya A Seriyasında “Leççe”yə qarşı keçirilən son oyunda aldığı zədə səbəbindən uzun müddət forma geyinə bilməyəcək.
Rekord.az xəbər verir ki, ukraynalı futbolçunun bərpa müddəti təxminən iki ay çəkəcək.
Daha əvvəl mətbuatda “Roma”nın yanvarda Dovbiki satmaq niyyətində olduğu barədə xəbərlər yayılmışdı. Ancaq futbolçunun aldığı zədə bu planların reallaşmasını xeyli çətinləşdirə bilər.
Dovbik cari mövsümdə İtaliya A Seriyasında 13 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.