Futbol üzrə Ukrayna Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Rux”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Paşayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və komandası 1:0 öndə olarkən, fasilədə əvəzlənib.

“Aleksandriya” 24 turdan sonra 29 xalla 14 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.