Azərbaycan Ordusunun son günlər Qarabağda əldə etdiyi qələbələrə futbol ictimaiyyəti biganə qalmır. Təkcə yerli yox, əcnəbi futbolçular da ölkəmizə müxtəlif yollarla dəstək nümayiş etdirməkdədir.

Rekord.az xəbər verir ki, növbəti dəstək mesajı Paraqvaydan gəlib. Vaxtilə “İnter”, “Zirə” və “Keşlə”nin uğurları üçün tər tökən, hətta yığmamızın da formasını geyəcəyi deyilən Sezar Meza Kolli sosial şəbəkə hesabında şəkil paylaşaraq, altına “bu millətin bir parçası olduğum üçün fəxr edirəm. Qələbə bizimdir, Azərbaycanın” sözlərini yazıb.