Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Rekord.az xəbər verir ki, hər iki oyun eyni günə təsadüf edib.

“Aston Villa” İngiltərədə Yunanıstan təmsilçisi “Olimpiakos”la üz-üzə gəlib və gözlənilməz məğlubiyyətə üzülüb.

İtaliya təmsilçisi “Fiorentina” isə evdə Belçikanın “Brügge” komandasına çətinliklə də olsa, qalib gəlib.

Cavab matçları mayın 9-da keçiriləcək.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları

2 may

“Aston Villa” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan) 2:4
Qollar: Uotkins, 45+1. Diabi, 52 – El Kaabi, 16; 29; 56. Hezze, 67.
“Villa Park” stadionu

“Fiorentina” (İtaliya) – “Brügge” (Belçika) 3:2
Qollar: Söttil, 5. Belotti, 37. Nzola, 90+1 – Vanaken, 17-pen. Tyaqo, 63.
“Artemio Franki” stadionu