Bir müddətdir ki, "Region Liqası"nın ləğvi haqda məlumatlar dolaşır.

Rekord.az xəbər verir ki, əslndə burada söhbət liqanın yox, adın ləğvindən gedir.

AFFA növbəti mövsüm üçün "Region Liqası"nın adını III Liqa ilə əvəz etmək istəyir. Komandaların böyük əksəriyyətinin bölgə komandaları olduğu nəzərə alınaraq, çempionatın formatının saxlanılacağı gözlənilir. Yəni komandalar yenə də zonalara bölünüb mübarizə aparacaq. AFFA İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələyə baxılacağı da istisna deyil.