Özbək futbolçu “Sabah”dan ayrılır?
- 22:00
- 37
“Sabah”da icarə əsasında oynayan Umarali Rahmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.
Rekord.az xəbər verir ki, Rusiyanın “Sport-Express” nəşri özbək yarımmüdafiəçini bu qış transfer pəncərəsi zamanı klubu potensial gücləndirəcək oyunçular sırasında qeyd edib.
Xatırladaq ki, “Sabah” Rahmonaliyevi 2025-ci ilin yanvarında bir illik icarəyə götürmüşdü. Bir sözlə, onun Azərbaycan klubu ilə müqaviləsinin müddəti başa çatıb. Amma onun “Rubin”ə qayıdıb-qayıtmayacağı hələ rəsmən açıqlanmayıb.