
Ozan Canlı “Eyndhoven”ə 1 qol bəs etdi
- 08 Noy 2022 10:00
- 424
Futbol üzrə Niderland birinci divizionunda 14-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Utrext”in ikinci komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.
“Eyndhoven” hazırda 26 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.