Ozan Canlı “Eyndhoven”dən “Ayaks”la heç-heçə
- 07 Yan 2023 11:15
- 390
Futbol üzrə Niderland birinci divizionunda 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Ayaks”ın gənclərdən ibarət komandası ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Ozan da bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
“Eyndhoven” hazırda 33 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.