“Kəpəz”in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sumqayıt"a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini paylaşıb.

Rekord.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Allaha çox şükür olsun ki, qələbə qazandıq. Bütün “Kəpəz” azarkeşlərinin sevincinə səbəb olduq. Matça gəlincə, bu görüş istədiyimiz kimi baxımlı olmadı. Bizə nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə uyğun oyun oynayaq. Görüşün sonuna yaxın müdafiəyəmeyilli oynadıq. Daha sürətli oyunçularımızı meydana buraxdıq. Çox şükür, bəhrəsini gördük, qollar vura bildik. Bizim üçün vacib üç xalı qazandıq”.