2020/21 mövsümündə ən çox gəlir əldə edən Avropa klublarının reytinqi açıqlanıb.

Rekord.az xəbər verir ki, Deloitte beynəlxalq konsaltinq və audit şirkətinin hazırladığı maliyyə hesabatına Çempionlar Liqasının sonuncu finalçılarından biri “Mançester Siti” başçılıq edir.

Yarışın qalibi olan digər finalçı “Çelsi” isə 8-ci yeri tutur.

Ötən mövsüm ən çox gəlir əldə edən klubların ilk onluğu aşağıda qeyd olunan kimidir:

1. “Mançester Siti” - 644,9 milyon avro
2. “Real” - 640,7 milyon
3. “Bavariya” - 611,4 milyon
4. “Barselona” - 582,1 milyon
5. “Mançester Yunayted” - 558 milyon
6. PSJ - 556,2 milyon
7. “Liverpul” - 550,4 milyon
8. “Çelsi” - 493,1 milyon
9. “Yuventus” - 435,5 milyon
10. “Tottenhem” - 406,2 milyon