Argentinanın prezidenti Alberto Fernandes maraqlı addımı ilə gündəmə gəlib.

Rekord.az xəbər verir ki, ölkə başçısı millinin və İspaniya "Barselona"sının kapitanı Lionel Messinin şəxsi icarəyə götürüb.

A.Fernandes bunun üçün 34 yaşlı hücumçuya 160 min ABŞ dolları ödəyib.

Prezident Meksikanın müstəqilliyinin 200 illiyi ilə bağlı tədbirdə iştirak etmək üçün bu addımı atıb. Alberto Fernandes Messinin təyyarəsi koronaviurusla bağlı təhlükəsizlik tələblərinə tam cavab verdiyi üçün bu variantın üzərində dayanıb.