Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları dekabrın 19-da və 20-də keçiriləcək.

Rekord.az xəbər verir ki, bu çərçivədə ilk oyun günü “Qəbələ” “Qarabağ”ı, “Sabah” “Səbail”i qəbul edəcək.

Ertəsi “Neftçi” – “Zirə”, “Turan Tovuz” – “Kəpəz” qarşılaşmaları baş tutacaq. 

Qeyd edək ki, bütün oyunlar "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.