Yunanıstan superkubokunun qalibi məlum olub.


Rekord.az xəbər verir ki, həlledici görüşdə “Olimpiakos” və OFİ üz-üzə gəlib.


Oyunun əsas vaxtı qolsuz başa çatıb. Əlavə vaxtda isə "Olimpiakos” 3 qol vuraraq böyükhesablı qələbə qazanıb - 3:0. Qolları Mehdi Taremi (95-pen), Aleksios Kaloqeropulos (107) və Yusuf Yazıcı (113) vurub.


Bu, “Olimpiakos”un tarixində 5-ci superkubok titulu olub.