Hazırda "Turan Tovuz"da forma geyinən Natan Oduvanın qardaşı da yanına gəlib.

Rekord.az xəbər verir ki, futbolçunun özündən kiçik olan 19 yaşlı qardaşı da futbolçudur.

O, hazırda "Turan Tovuz"un əvəzedici komandasının hazırlıqlarında iştirak edir. Düzdür, adı sifariş ərizəsinə salınmayıb. Amma bunun baş verəcəyi də istisna deyil. Qardaş hazırda Tovuzda kirayələdikləri evdə birlikdə yaşayırar.