"Turan Tovuz"un Natan Oduvaya yeni müqavilə təklif etməsi haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, futbolçu özü də Tovuzda qalmağın əlehinə deyil.

Lakin əldə etdiyimiz məlumata görə. futbolçunun bəzi istəkləri var. O, ilk növbədə komandanın daha iddialı olmasını istəyir. Bundan başqa, imkan daxilində növbəti mövsüm üçün maaşında da artım arzusundadır.